Avtomobil baxımlıdır, səliqə ilə istifadə etmişəm. Təkərlər normaldır Lassa-dır. Salon səliqəlidir. Motor səssiz çalışır, yağ yemədən söhbət gedə bilməz, karobkada atma, vurma qəti yoxdur, çox rahat işləyir. 3 ildir məndədir karobka yağı, mator yağı daim servisdə dəyişdirilib. Perekitka deyil, servis original sol ruldur. Salon çox geniş və rahatdır. Peç, kondisioner, bütün knopkalar işlək vəziyyətdədir. Hal-hazırda məzuniyyətdə olduğum üçün avtomobil Quba rayonundadır. Qeyd edim ki, daim qaraj şəraitində saxlamışam. Xahiş edirəm fikri ciddi olan şəxslər zəng etsin.
Barter maraqlıdır, dəyərində olan avtomobillə (avtomat karobka) və ya üstündə mən tərəfdən pul verə bilərəm (fantastik qiymətdə yox)