Salam, dəyərli alıcı!
Satışda olan bu avtomobil, 2009-cu il istehsalı, tam orijinal probekdədir və bu probeyə tam cavabdehəm. Maşın öz baxımlılığı və orijinallığı ilə seçilir: heç bir detalında kraska yoxdur, hətta plastik hissələr belə zavod çıxışıdır. Yalnız ön buferində çox kiçik, nəzərə çarpmayan bir boya yeri var, onu da qeyd edirəm ki, alıcı şəffaflıqla tanış olsun.Təkərlər yeni “Dunlop” markalıdır, akkumulyator təzədir, yağı yeni dəyişilib. Avtomobilin salonunda və çölündə cızıq, batıq və ya başqa bir qüsurdan söhbət gedə bilməz. Şəkillərdən də göründüyündən daha yaxşı vəziyyətdədir. maşının heçbir problemi yoxdur və heç bir əlavə xərc tələb etmir(İstəyən olsa ustası ilə gəlib istənilən yerdə yoxlada bilər). Avtomobilin bütün funksiyaları tam işlək vəziyyətdədir, sənədləri isə tam qaydasındadır.Qiymətdə razılaşmaq olar. Əlavə məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz,qapıda alıcıya hörmət var.