Avtomobil 2021-ci ildə Volkswagen Rəsmi Servisdən almışam. İdeal vəziyyətdədir. Alınan gündən qabaq faralar, qapının tutacaqları, podnojkalar və qapıda ayaq dəyən hissələr Plyonka Bakuda PPF plyonka ilə üzlənib. Ancaq 95 benzinlə istifadə olunub. Full variantın original üstdən çıxan diskləri ilə dəyişmişəm. Çox az sürülür. Yürüşündəndə göründüyü kimi. Alınan gündən qarajda saxlanılır. Az sürülüdüyünə görə 6 aydan bir rəsmi servisdə yağı dəyişirəm. Bütün işləri rəsmi servisdə görülür. Tarixçəsi və servisdə qulluq edilməsi barədə sənədlər və çeklər var. Bir dənə qabaq sol qanad dəyişilib. Onunda şəkili var. Ciddi heç bir şey yoxdu. Əl boyda batığa görə. Sadəcə rəsmi servisdə məsləhət görüldüki batığı dəmirçi işləyib düzəltməkdənsə boltla açılıb bağlanandı yaxşısı dəyişməkdi. Udar yoxdur. Köhnə qanadıda qalıb. Alan baxa bilər ciddi bir şey olmadığına. Volkswagen Rəsmi Servisində düzəldilib. Onunda çeki var. Başqa heç bir detalında rəng yoxdur. İstəyən rəsmi servisdə və ya ürəyi istəyən servisdə yoxlatdıra bilər. Nömrəsiz satılır. Xahiş olunur real alıcılar əlaqə saxlasın.