Maşın ideal texniki və vizual vəziyyətdədir. Öz adımdadır və Encar saytından şəxsən seçərək almışam. Artıq 3 ildir məndədir. Probeqi orijinaldır, istəsəniz VIN kodu ilə yoxlaya bilərsiniz.
2 ədəd açarı var, pribor panelinin dili ingilis dilinə dəyişdirilib. Yalnız sağ qanadında kosmetik boya var, digər hissələrinə boya dəyməyib.
Təkərlər yenidir (Roadstone). Bütün filterlər orijinal filterlər ilə yenilənib.
Avtomobilə 70mai (Xiaomi) markalı ön və arxa çəkiliş funksiyalı video registrator quraşdırılıb. Arxa görüntü kamerası güzgüyə inteqrasiyalıdır.
Ksenon və adaptiv faralar, eləcə də fara yuma mövcuddur.
Hər üç cərgədə Double Mat markalı ayaqaltılar yerləşdirilib.
Avtomobil 7 nəfərlikdir. Bütün oturacaqların qızdırılması və sürücü oturacağının soyudulması funksiyası var. Heç bir problemi və əlavə xərc tələb edən işi yoxdur.