Kia Rio 2013 satılır — servis maşını, ideal vəziyyətdə
Maşın şəxsi istifadədə olub, taksidə qətiyyən sürülməyib.
Texniki və vizual olaraq çox səliqəlidir, heç bir xərc tələb etmir.
Yağlar, filterlər və texniki mayelər vaxtında dəyişdirilib, mühərrik və sürətlər qutusu problemsiz işləyir.
???? Texniki göstəricilər:
Buraxılış ili: 2013
Mühərrik: 1.4 benzin (zəncirli motor)
Sürətlər qutusu: Avtomat
Yürüş: 148,000 km (real yürüş, yoxlatmaq olar)
Rəng: Qara (orijinal boya)
Kuzov: Sedan
???? Salon və komfort:
Salon təmiz və səliqəlidir, siqaret çəkilməyib, oturacaqlar, tavan və panel çox yaxşı vəziyyətdədir.
Kondisioner buz kimi işləyir, səs-səmir yoxdur.
Avadanlıqlar: , AUX/USB, çoxfunksiyalı sükan multirul, təhlükəsizlik yastıqları, mərkəzi qapanma və s.
⚙️ Texniki vəziyyəti:
Mühərrik, sürətlər qutusu və asqı sistemi əla vəziyyətdə
Heç bir detal vurulmayıb, bütün kuzov orijinal boyadadır
Yağ sızması, zərbə və texniki problem yoxdur
Akkumulyator və təkərlər yenidir
Texniki baxışdan keçib, sənədlər tam qaydasındadır.Maşın 5 ildən çoxdur ki özümdədir ikinci sahibiyəm.Öz adımadır.
???? Əlavə məlumat:
Maşın çox baxımlıdır, yalnız servisdə və orijinal ehtiyat hissələri ilə qulluq olunub.
Taksidə işləməyib, şəxsi və korporativ məqsədlərlə istifadə olunub.
Barter mümkündür — xüsusilə Honda Insight, Honda Civic, Toyota Prius və oxşar hibrid modellərlə, üstündə pul verilməsi şərti ilə.
Fantastik endirimlər məqsədilə alverçilər zəng vurmasın.
Maşın Bakıda Zabrat Məhəmmədi tərəfdə olacaq baxmaq istəyən öncədən zəng etsin.