Avtomobil 2012-ci il istehsalıdır, 3.5 litr mühərrik, 145 000 km tam orijinal yürüş. Maşın çox səliqəli şəkildə istifadə edilib və daim nəzarətdə saxlanılıb.
Salon təmiz və baxımlıdır, heç vaxt salonda siqaret çəkilməyib. Bütün texniki xidmətlər vaxtında və yalnız rəsmi servis tərəfindən həyata keçirilib. Heç bir xərc tələb etmir — min və sür.
Bu Pajero Küveyt versiyasıdır, bu versiyanın əsas üstünlüyü isə üst relslərin kuzovla eyni rəngdə olmasıdır, bu da avtomobilə daha dolğun və premium görünüş verir. Digər ölkə versiyalarından məhz bu detallara görə seçilir.
Avtomobil çox az istifadə olunduğu üçün satıram. Baxımlı, orijinal yürüşlü və problemsiz Pajero axtaranlar üçün ideal seçimdir.