Şəxsi avtomobilimdir, 3 ildir məndədir və öz adımadır. Rəngi ağ mirvaridir. Avtomobilin kosmetik işə ehtiyacı yoxdur, ideal vəziyyətdədir. Mühərrik, sürətlər qutusu (karopka) və xodovoy hissəsi tam saz vəziyyətdədir. Bütün texniki qulluqlar rəsmi 'Hyundai Servis'də həyata keçirilib.
Sürətlər qutusunun yağı, alışdırma şamları (sveçalar) və akkumulyator yenisi ilə əvəz olunub, təkərlər yenidir. Avtomobil tam cilalanıb (polirovka).
Əlavə təchizat: Monitor, ambians işıqlar, fioletvi (antihid-Benson) ön şüşə və spacer quraşdırılıb. İstənilən servisdə yoxlatmaq mümkündür, heç bir problemi yoxdur. Yeni avtomobil alındığı üçün satılır. Maşın sürülmür, qaraj şəraitində saxlanılır
Real alıcıya maşının yanında Endirim olunacaq