Salam Diqqətlə oxuyun !
Maşının matoru karopkası ideal vəziyyətdədir, baxımları vaxtı vaxtında olunub, çaşqa feredo yenilənib, bütün lazım olan rasxodnikləri orginal toyota detalları ilə yenilənib, tək sveça bir ədədi 30azn 4 üdə yenilənib. Totachi 5W40 ilə sürülüb 4.500 maksimum 5000km dən bir yağı dəyişilib. Keyfiyyətli antifriz sistemi ilə sürülüb. Mator paduşkaları dəyişilib. Bir sözlə mator saat kimidir. Karopkada həmçinin vurma gecikmə qətiyyən yoxdur. Yağıda 1ay əvvəl dəyişilib orginal Toyota yağı ilə. Kondisaner və peç ideal şəkildə işləkdir.
Bunlarla yanaşı bütün elektronikası qaydasındadır. Lipstoplara qədər hərşey işləkdir, Multi ruldur. Zavod monitor radio, bluetooth hamısı işləyir. Səs sistemidə yaxşı vəziyyətdədir.
Maşında heçbir udardan söhbət gedə bilməz, sadəcə kosmetikaya ehtiyacı var qalan hərşey aldığım zapçastlar qoyduğum xərclər qaiməsinə qədər var göstərədə bilərəm.
Maşın hazır kreditdədir 8 ayı qalıb 550 azndən, ilkin ödəniş isə 8500 son qiymətdir. Maşın istər nəğd istərsədə kreditlə eyni qiymətə gəlib çıxır. Kimə maraqlıdırsa əlaqə saxlasın daha ətraflıda məlumat verim. Üstündə yaxşı nömrədə veriləcək. Özünə problemsiz maşın axtaran real alıcılara maşının yanında çox cüzi endirim edəcəm. Telefonda qiymət söhbəti eləməyin.