Şəxsi avtomobilimdir, 2-ci maşın kimi qaraj şəraitində saxlanılır. Özüm xaricdə yaşadığımdan və yenidən gedəcəyim üçün satıram. Təcili, "əlim-ayağım yandı" satılan avtomobillərdən deyil.
Texpasport: 2016-cı il (VIN 2017).
Komplektasiya: Orijinal Amerikanka "Limited" versiyadır (yalnız lyuk yoxdur).
Texniki vəziyyəti: Peredokunda və xodovoyunda heç bir problem yoxdur. Ön təkərlər yeni Koreya istehsalı təkərlərlə əvəz olunub, akkumulyator yeni qoyulub. Avtomobildə işləməyən heç bir funksiya yoxdur.
Qeyd olunası nüanslar: Yeganə problem gündüz işıqlarının işləməməsidir və arxa təkərlər təzə deyil.
Komplektasiya və üstünlükləri:
Dəri salon
Açarsız daxilolma (Keyless-Go) və Start/Stop
Kor zona nəzarət sistemi (Blind Spot)
Oturacaqların qızdırılması
Ksenon faralar və LED arxa stoplar
İqlim nəzarəti (Kondisioner və peç əla işləyir)
Satış şərtləri və baxış:
General etibarnamənin 3 ayı qalıb, bu səbəbdən alan şəxs avtomobili dərhal öz adına rəsmiləşdirməlidir (oformit etməlidir).
Qiymətdə yalnız avtomobilin yanında cüzi endirim oluna bilər.
Avtomobilə Binəqədi ərazisində baxmaq mümkündür.