Maşın ideal vəziyyətdədir, heç bir xərc tələb etmir. E38 həvəskarları üçün seçilmiş, səliqəli və vaxtında qulluq olunmuş əzəmətli avtomobildir. 3.5 litrlik V8 mühərrik saat kimi işləyir, yağ yemir. Sürətlər qutusu gecikmələrə yol vermir, keçidləri hamardır. Xodovoy hissəsi tam yığılıb, heç bir kənar səs-küy və ya problem yoxdur. Salonu çox səliqəlidir, dəri salonu təmiz qorunub, cırığı və ya söküyü yoxdur. Elektronikasında və funksiyalarında işləməyən heç bir detal yoxdur. Vuruğu, çürüyü və pası yoxdur, altı təmizdir. Təkərləri yaxşı vəziyyətdədir.
Real alıcı ilə maşının yanında qiymətdə razılaşmaq olar.