Salam, hər kəsə. Avtomobil Amerikadan çox yüngül zədə ilə gəlib. Heç bir detal dəyişməyib. Bütün vin kodları detalların üzərindədir. Vin kodu elanda qeyd etmişəm. Azərbaycanda heç bir vuruq-udar olmayıb. Avtomobilin matoru, karobkası, elektron sistem tam əla vəziyyətdədir. 2.0 DOCH motor, sadə mator, sadə karobkadır. Mator çox sakit işləyir. Maşınıma cavabdehəm. Alici istənilən yerdə yoxlada bilər. Nə xərci olsa qarşılamağa hazıram. Əlavə olaraq, zavod monitor və arxa kamera, drive mood, avto işıq sensoru avtopilot, və s. üstünlükləri mövcuddur. Texniki baxış 2 illik edilib, sığorta 1 illik edilib. Təkərləri, yaxşı vəziyyətdədir. Alan adam heç bir xərc qoymayacaq. Probeqti millə qeyd olunub. Hardasa 210,000 km edir. Xahiş olunur, alverçilər və telefonda qiymət danışanlar narahat etməsin. İşdə olduğum üçün ətraflı yazdım. Maşına həftə içi, 09:00-18:00 Elmlər, digər vaxtlar isə Yasamal Mida yaşayiş kompleksində baxmaq olar.