2015-ci il BMW 320d, 2.0 dizel, F30 kuzov. Avtomobil Koreyadan acar problemi ile gətirilib. Çox səliqəli vəziyyətdədir. Ən önəmli məqamı odur ki, maşın tam bez kraskadır, udar görməyib. Mühərrik və sürətlər qutusu əla vəziyyətdədir, heç bir texniki problemi yoxdur. Avtomobilin bütün funksiyaları işlək vəziyyətdədir. Komplektasiyasına Head-Up Display, dəri salon, oturacaqların isidilməsi, lyuk, ksenon faralar, arxa görüntü kamerası, Keyless Go (açarsız giriş) və R19 disklər daxildir. Salon təmiz və səliqəlidir. Bütün rasxodnikləri vaxtında dəyişdirilib, avtomobilə mütəmadi qulluq olunub. Hazırda heç bir əlavə xərc tələb etmir. Alış zamanı hər hansı texniki xərc aşkar olunarsa, həmin xərc tərəfimdən qarşılanacaq. Maşın real vəziyyətinə uyğun olaraq təqdim olunur. Ciddi maraqlanan şəxslər avtomobilə baxış keçirib özləri də əmin ola bilərlər. Qiymetde razilasmaq olar tecili satdigim ucun deyerinden asagi qiymete qoymusam
Nomresiz satilir.