Hər bir evə bundan da yaxşı maşın qismət olsun. Biraz uzun yazacağam. Maşın 1 il 7 aydır məndədir. Aldığım gündən yalnız 95 markalı yanacaqdan istifadə etmişəm. Bütün rasxodnikləri vaxtlı-vaxtında orijinal ehtiyat hissələri ilə əvəz etmişəm. İç və çöl membranlar, naklatkalar, şamlar (sveça), farsunka, zaslonka, yeni R18-lik disklər, aparatura,arxa yeni dizayn stoplar, difizor və s. yeni dəyişdirilib.
Bugünkü gündə alan adam istədiyi yerdə yoxlatdıra bilər, çıxan problemlər mən tərəfdən qarşılanacaq. Mator yağı yalnız Ravenol 5-30 ilə (hər 5000 km-dən bir) dəyişdirilmişdir. Bütün zavod germetikaları üzərindədir. Qəzasız-bəlasız, sağlam Malibu axtaranlar buyursun.
Bir malibu üçün gücüm çatan büdcəmə uyğun hər şey etmişəm.
Qeyd edim ki, maşın nömrəsiz satılır (elə də güclü nömrə deyil). Alana da, satana da xeyirli olsun.