Suzuki GSX-S1000F həvəskarları üçün çox səliqəli motosikletdir. Yaponiyadan özüm üçün sifarişlə gətizdirmişəm, təxminən 5 ay çatdırılmasını gözləmişəm. Aldığım zaman yürüşü 10 000 km ətrafında idi, özüm isə iki mövsüm ərzində cəmi 2 400 km-ə yaxın sürmüşəm.
Motosikletə çox yaxşı baxılıb. Heç bir qəzası, yıxılması, cızığı və ya kosmetik qüsuru yoxdur. Vəziyyəti həqiqətən çox səliqəlidir.
Əlavə olaraq Evotech Performance yan qoruyucular quraşdırılıb. Arxa hissə üçün qısa Tail Tidy nömrə tutacağı, GIVI markalı sərt korpuslu arxa baqaj sistemi və uzun məsafəli sürüşlər üçün əlavə hündür ön şüşəsi də var. GIVI baqaj sistemi xüsusi montaj konstruksiyası ilə birlikdədir. Bu aksesuarların heç biri istifadə olunmayıb, hamısı yeni vəziyyətdədir. Baqaj sisteminin özünün təxmini dəyəri 600–700 AZN civarındadır.
Motosiklet özüm üçün gətirildiyindən seçimə və vəziyyətinə xüsusi diqqət etmişəm. Təsadüfi alınmış, sonradan yığılıb düzəldilmiş motosiklet deyil. Alan adamın da uzun müddət problemsiz istifadə etməsini istərdim.