Mercedes C-200 Kompressor model, orijinal Dubay bazarı üçün yığılıb. Bunun fərqini alanda mən də bilmirdim, amma amerikan maşınları bunlardan daha zəifdir. Vuruq sınıqla auksiyondan alınmayıb. Maşın 3-cü ildir ki, məndədir. İlk maşınımdır, alan gündən əla baxmışam. Xırda kosmetik xərclərindən başqa əlavə heç bir xərc tələb eləmir: şəkillərdə göstərməyə çalışmışam. Ancaq Mercedes/Bosch servis ustaları maşına qulluq edib. Arxa faralar orijinal avanqard model faralardır, rənglənməyib. Bir dəfə park yerində qabağını vurmuşam, heç nə təmir etməmişəm, hər şeyi yeni alıb qoymuşam. 92 Benzin tökürəm. Alverçi deyiləm. Eyni maşının yeni modelini almışam deyə bu gözəl maşını satıram. İstədiyiniz servisdə yoxlatdırmaq olar. Zəng vursanız götürməsəm, zəhmət olmasa vatsapa yazın.