Avtomobil texniki və vizual olaraq çox yaxşı vəziyyətdədir, problemsizdir. İstehsal tarixi 2011-ci ilin Noyabr ayıdır. İkinci sahibiyəm, texpasport öz adımadır, məndə cəmi 3600 km sürülüb.
Digər Fortuner-lərdən fərqi və üstünlükləri:
- Qapılar izolyasiya edilib və salonda audio səs daha keyfiyyətlidir.
- Yan güzgülərdə avtomatik qatlanma və isidilməsi var.
- Qapılar kilidləndikdə yan güzgülər avtomatik qatlanır və bütün şüşələr bağlanır.
- Orijinal Fortuner pribor (dashboard) quraşdırılıb, orta yanacaq sərfiyyatını (average fuel consumption), mövcud yanacaqla gediləcək məsafəni (distance) və s. göstərir.
- Rəqəmsal sürət göstərən və sükandan idarə edilən monitoru var.
4×4 çəkmə sistemi (razdatka) işləkdir. Təkərləri yaxşı vəziyyətdədir. Üçüncü sıra oturacaqlar demək olar ki istifadə olunmayıb.
Qəza və ya udar olmayıb. Ön buferində və kapotunda rəng var.
İcbari sığortasının 2027-nin iyul ayına qədər vaxtı var. Motor yağını dəyişmə vaxtıdır, o da ediləcək və ya qiymətdə nəzərə alınacaq. Bu günə başqa heç bir xərci yoxdur!
Real alıcı ilə endirim barədə yalnız maşına baxış zamanı danışa bilərik.