Opel Astra H Universal 1.3 CDTI - Zavod Vəziyyətində
Maşın öz adımdadır. Yürüşü orijinaldır. Taksi fəaliyyəti və yük daşınmasında istifadə olunmayıb.
Kuzovunda dəyişən detal yoxdur, heç bir detal rənglənməyib. Avtomobil zavod boyasındadır. Rənglənmədiyinə görə kuzovunda xırda kosmetik işlər var.
Salon tamamilə zavod vəziyyətindədir. Heç bir detalına müdaxilə olunmayıb, səliqəli saxlanılıb.
Xadavoyunda heç bir problem yoxdur. Mühərrik yağ və su itirmir. Vaxtlı-vaxtında qulluq olunub, gündəlik istifadə edilən avtomobildir.
Avtomobilin bütün funksiyaları işlək vəziyyətdədir:
Kondisioner və salon peçi
Ön və arxa şüşələrin qızdırılması
Güzgülərin qızdırılması
Arxa şüşə siləni
Arxa görüntü kamerası
Multi sükan və üzərindəki idarəetmə düymələri
Siqnal sistemi
Üzərində orijinal R17 disklər var.
Alıb əlavə xərc çəkmədən sürmək istəyənlər üçün yaxşı seçimdir.
Avtomobil dövlət qeydiyyat nişanı (nömrəsiz) satılır.
Xahiş edirəm, yalnız real alıcılar və Opel-dən anlayışı olan şəxslər narahat etsin. Real alıcı ilə qiymətdə razılaşmaq olar.