Avtomobil sıfırdan bizim istifadəmizdə olub və rəsmi dilerdən alınıb. Heç bir qəza və ya ciddi zərbə hadisəsi olmayıb. Avtomobil tam zavod boyasındadır, heç bir detalında rənglənmə yoxdur. Buferlər də rənglənməyib.
Salon tam dəridir. Mühərrik yağ nasosuna görə yığılıb. Mühərrikin yığılması da daxil olmaqla, bütün qulluq və təmir işləri Hyundai-nin rəsmi servisində həyata keçirilib. Most və razdatka dəyişdirilib, yenilənib.
Xadavoy hissəsində, ümumiyyətlə, avtomobildə heç bir texniki problem yoxdur. Avtomobil ideal vəziyyətdədir.
Təkərlər cəmi bir il əvvəl alınıb. Panorama lyuk, park radarları və yan pərdələr mövcuddur. Avtomobil full komplektasiyadır. Sürətlər paneli elektrondur.
Avtomobilə daim qulluq olunub, bütün işləri vaxtında görülüb. Alan şəxs heç bir əlavə xərc çəkmədən rahatlıqla avtomobilə oturub sürə bilər.