Şəxsi maşınımdır, öz adımdadır və ilk (birinci) sahibiyəm. Taksidə qətiyyən sürülməyib, gündəlik şəxsi iş və ev arası sürülən səliqəli, baxımlı avtomobildir. Heç bir ciddi xərc tələb etmir, hazırda otur-sür vəziyyətdədir. Yağı vaxtı-vaxtında dəyişdirilib, yağ yeməsi və su azaltması yoxdur. Təkərləri yenidir, 141 000 km-də Roadstone markalı təzə təkərlər alınıb. Xadavoy və asqı sistemi sazdır, artıq səs-küy yoxdur; kondisioneri, peçi və bütün elektronikası problemsiz işləyir.
İstənilən ustada və servisdə yoxlatdırmaq olar.
Kuzovu səliqəlidir. Sağ ön qapı dəyişdirilib yenisi ilə əvəz olunub və ətək (padnoşqa) hissəsi təmir olunub — iş səliqəli görülüb, zazorlar yerindədir, Əsas dayaqlar və daxili hissələri sağlamdır, ciddi vuruq-udar görməyib.
Maşın baxıldıqdan sonra real alıcı ilə qiymətdə razılaşmaq olar. Telefonda qiymət salınmır, qeyri-ciddi şəxslər narahat etməsin.