Avtomobil ideal vəziyyətdə saxlanılıb. Qəzasız, tam boyasız və bütün detalları orijinaldır. 145.000 km real yürüşü var.
Avtomobil servis avtomobilidir, bütün texniki qulluq və servis xidmətləri vaxtında, servis şəraitində həyata keçirilib. Heç bir əlavə müdaxilə, konstruktiv dəyişiklik və ya qeyri-original detal yoxdur.
3.6 V6 Pentastar mühərrik, avtomat sürətlər qutusu və 4x4 ötürücü sistemi ilə həm komfort, həm də güc baxımından öz sinfinin uğurlu modellərindəndir.
İki həftə əvvəl yeni təkərlər quraşdırılıb. Avtomobilə əlavə xərc tələb edən hər hansı texniki problem yoxdur. Həm texniki, həm də vizual baxımdan çox səliqəli vəziyyətdədir.
Bu avtomobilə sadəcə istifadə vasitəsi kimi deyil, daim qorunaraq saxlanılan şəxsi avtomobil kimi yanaşılıb. Belə vəziyyətdə, orijinal yürüşlü və müdaxiləsiz Grand Cherokee axtaranlar üçün yaxşı seçimdir.
Real alıcıya avtomobilin bütün üstünlüklərini yerində göstərməyə hazıram. Yalnız ciddi alıcılar narahat etsin.