Impreza WRX (turbo).
Maşın əla durumdadır. "Xodovoy" və digər hissələri ilə bağlı da bütün xərcləri qarşılanıb, yeni sürət qutusu, yeni diferensial (most), mühərrik yeni yığılıb, yeni mufta, yeni səsboğucu, yeni akkumulyator, yeni kəmər, əlavə olaraq üstünə orijinal monitor, orijinal turbo pribor, blow off, manual turbo control, HKS (original yapon) turbo timeri (açarı söndürdükdə mühərrik sönmür, yarım dəq sonra sönür ki turbosu soyusun sonra), WRC yarışlarındakı STI spoiler və bumper lip quraşdırılıb (polis ilişmir). Maşına yalnız xüsusi Subaru ustaları xidmət göstərib (servisdəkilər yox, kənarda olan daha peşəkar və daha təcrübəli ustalar).
Zərbəyə düşməyib, xırda cızıqlar, əziklər olub və sağ tərəfdən səkiyə dəydiyinə görə arxa sağ təhlükəsizlik yastığı açılıb. Maşının bütün kosmetik işləri peşəkar rəngsaz və dəmirçi tərəfindən çox səliqəli görülüb. Bütövlükdə xamilyon göy rənglə yenidən rənglənib, kölgəli yerdə bənövşəyi rəng olur. Professional çəkilmiş burgundy rəngli dəri çexol.
Maşının HEÇBİR xərci yoxdur. Qarajda saxlanılır, ayda 1-2 dəfə sürülər ya yox. Qiyməti də kifayət qədər dəyərindən aşağıdır. Bu mənim 6-cı Subarumdur. Hazırda 2 Subarum olduğu üçün birini əlavə xərclərimdən dolayı satıram. Xahiş edirik bunu adi 1.5 və ya 2.0 L İmpraza ilə müqayisə etməyin. Bu, necə deyərlər başqa şeydü!!!