Bu full komplektasiya Legacy ölkədə 4 ədəddir (2 mavi, 1 qızılı, 1 qırmızı). 2ci maşınımdır, demək olar sürülmür.
Maşına zavoddan əlavə boya dəyməyib, heç buferinə də. Boya ona görə dəyməyib ki, 25 min km-ə qədər Almaniyada, 240 minə qədər də Zaqatalada sürülüb, heç hara dəyməyib. Bu günlərdə ən yaxşı üsullarla (keçə ilə) bahalı cilalanma olunub, rəngi parlaqlığı çox gözəldir. Disklərin boz rəngi zavodun vurduğudur tökülmür.
Texniki tamamilə saz vəziyyətdədir, mühərrikin biraz yağ yeməsi var (demek olar bütün normal getmiş Subarularda olduğu kimi), onu da ustalar yığdırmağı məsləhət görmür. Başqa, mühərrik, sürətlər qutusu, işlək hissələri hamısı necə deyərlər çiçək kimi. Əksər Subarulardan fərqli olaraq injektor işığı yanmır. 95 də vururam, 92 də, hər dəfə qarışıq vururam, metanol da əlavə edirəm bir baka 2-3 litr, əla effekt verir. Sərfiyyat şəhərdə 11-12, trasda 6-7 litr. Yağ ancaq alman yağı Profi car tökürəm, biraz bahadır amma əladır.
Hər cür hava şəraitində tam rahatlıqla sürə biləcəyiniz, bu qiymətə heç bir alternativi olmayan maşındır.
Bu qiymətə rəng dəyməyən və tam saz vəziyyətdə Legacy yoxdur (çətin taparsız demirəm çünki yoxdur). Alan uduzmaz.
11-ci Subarumdur (yəqin ki dunya rekordu mendədir ???? ). Niyə satıram? 12ci də var ona görə ehtiyac yoxdur :)